Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazilərimiz Türkiyədə hökumət üzvləri və siyasi liderlərlə görüşüb
Qazilərimiz Türkiyədə hökumət üzvləri və siyasi liderlərlə görüşüb

Türkiyədə səfərdə olan Azərbaycan qazilərinin bu gündən Ankara görüşləri başlayıb.

Bizimyol.info xəbər verir ki, Ankarada qazilərimiz əvvəlcə Anıtqəbiri ziyarət ediblər.

Bundan sonra qazilərimiz Böyük Millət Məclisində olublar. Məclisin tarixi, qəbul olunmuş tarixi qanunlar, Məclis binasının yerləşdiyi ərazi və bu yerin tarixi barədə onlara ətraflı məlumat verilib.

Emin Həsənli

Bundan sonra Azərbaycandan olan qonaqların Ailə və Sosial Hizmetler Bakanlığında nazir və nazir müavini ilə görüşlər olub. Qaziləri qəul edən nazir Derya Yanık Vətən müharibəsində qazanılan zəfər münasibəti ilə təbriklərini çatdırıb. Bu zəfərin Türkiyədə coşğu ilə qarşılandığını deyən nazir Azərbaycan xalqının və zəfərin qazanılmasında əsas pay sahibi olan Ali baş komandan İlham Əliyevin türk millətinə qürur yaşatdığını vurğulayıb. Nazir Türkiyə prezidentinin salamlarını qazilərə çatdırıb və bundan sonra da əlaqələrin daha intensiv olmasını arzuladığını bildirib. Görüşün sonunda nazir qazilərə hədiyyələr bağışlayıb. Səfərin təşkilatçısı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli də öz növbəsində nazirə Azərbaycan və türkiyə dostluğundan bəhs edən kitabı hədiyyə edib.

Qazilərin növbəti görüşü Milliyətçi Hərəkat Partiyasında olub. Partiya sədrinin müavini, millət vəkili, Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Kemal Aydınla görüş baş tutub. Kemal Aydın Sədr Dövlət Baxçelinin salamlarını qazilər çatdırdı. O bildirdi ki, MHP-nin Azərbaycana xüsusi sevgisi var və haqq davasında hər zaman Azərbaycanın yanında olacaqlar.

Qeyd edək ki, Azərbaycan qazilərinin Türkiyəyə səfəri Türkiye Müharip Gaziler Derneyinin dəvəti ilə Mersin və Adananın düşmən işğalından qurtuluşunun 100 illik yubileyi tədbirlərinə qatılmaq üçün həyata keçirilir. Səfər Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər
Bütün xəbərlər »