Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev güc strukturlarına xəbərdarlıq etmədən atəş açmaq əmri verib
Tokayev güc strukturlarına xəbərdarlıq etmədən atəş açmaq əmri verib

Qazaxıstanda zorakılığa çevrilən etirazlarda 26 silahlı nümayişçi zərərsizləşdirilib, 3 min nəfər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, ictimaiyyətə müraciət edən Qazaxıstan prezidenti Kasım Comert Tokayev “terrorçuya xəbərdarlıq etmədən atəş açmağı əmr etdiyini” açıqlayıb.

Qazaxıstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada zorakılığın qarşısının alınması çərçivəsində həyata keçirilən əməliyyatlarda 26 silahlı nümayişçinin zərərsizləşdirildiyi, 18 nəfərin isə yaralandığı bildirilib. Saxlanılanların sayının 3 mini keçdiyi bildirilib. Açıqlamada zorakılıq nəticəsində 18 mühafizəçinin həyatını itirdiyi, 748 nəfərin yaralandığı bildirilib.

Qazaxıstan Prezidenti Kasım Comert Tokayev dövlət televiziyasında xalq qarşısında çıxış edib.

Ölkəsindəki zorakılıqlar zamanı “terrorçuların hələ də silahdan istifadə etdiyini və əmlaka ziyan vurduğunu” qeyd edən Tokayev “terrorçuların aşkarlanması və saxlanılması üçün xüsusi bölmə yaratdığını” bildirib.

Qazaxıstan lideri həmçinin bildirib ki, o, “terrorçuya xəbərdarlıq etmədən atəş açmağı əmr edib”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »