Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almatı hava limanını sülhməramlıların nəzarətindədir
Almatı hava limanını sülhməramlıların nəzarətindədir

Sülhməramlılar Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Almatı hava limanını nəzarətə götürüblər.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

"Hazırda Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları ilə birlikdə Alma-Ata hava limanı tam nəzarətə götürülüb", - Konaşenkov bildirib.

O, həmçinin bildirib ki, KTMT sülhməramlıları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə Qazaxıstanda asayişi qoruyur.

Hərbi idarənin rəsmi nümayəndəsinin sözlərinə görə, hazırda Alma-Atada yerləşən Rusiya Federasiyasının Baş Konsulluğu və digər mühüm obyektlər mühafizə altındadır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »