Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti şirkəti mənzilin divarını uçurdub yerinə şifer qoydu
Tikinti şirkəti mənzilin divarını uçurdub yerinə şifer qoydu

Nəsimi rayonu, Abay döngəsi ev 17/22 ünvanında dədə-baba yurdu olan 275.4 kv metrdən ibarət mülkdə yaşayan Nərgiz Quliyevanın qanunsuz sökülməkdə olan evi ilə bağlı müraciət daxil olub. Məktubda bildirilir ki, mənzil, OLYMPUS tikinti şirkəti tərəfindən yararsız hala salınıb.

“Bakı Şəhəri İcra Hakimiyyətinin 22.05.1992-ci il tarixli 195/ 10420 saylı qərarı ilə həmin ev qanuni sənədləşərək texniki pasportla qeydiyyata alınıbdır. OLYMPUS tikinti şirkəti tərəfindən, bu mülkün bir divarını təmiz uçurdularaq yerinə divar əvəzi bir şifir qoyublar, evin digər divarını da ovublar. Evin içərisi isə demək olar ki, yararsız hala düşüb, otaqların divarları çat-çat olaraq uçulub dağılmaq üzrədir. Evin yanına isə vaqon qoyublar. Ev demək olar ki, havada qalıb. Evin belə bir vəziyyətdə olması isə yaşayış üçün hər an təhlükəlidir”.

Məktubda qeyd olunub ki, həmin ərazidə olan əlavə evlər şirkət tərəfindən köçürüldüyündən, orada tək qalan ev Nərgiz Quliyevaya məxsus olan dədə-baba mülküdür.

“Bunu etməkdə səbəb şirkətin hədsiz tamahkarlığı və böyük bir haqsızlığıdır. 300 kv metrə yaxın bir mülkə dəyər əvəzi OLYMPUS tikinti şirkəti 80 kv metr yer təklif edir. Bu, olduqca absurddur. Tikinti aparılan ərazidə sökülən hər hansı evin kvadratı nə qədərdirsə, tikinti şirkəti də onun müqabilində həmin vətəndaşa dəyəri qədər ya pul verməli, ya da tam-mütənasib qaydada mənzillə təmin etməlidir. Yəni sökülən evin kvadratı qədər də əvəzi verilməlidir. OLYMPUS tikinti şirkəti isə əksinə çalışır”.

Məsələ ilə bağlı OLYMPUS tikinti şirkətinin rəsmi saytında qeyd olunnan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Telefonu götürən şəxs, özünü satış meneceri kimi təqdim edərək, bu məsələnin baş ofisinlə bağlı olduğunu, onlarla isə özünün heç bir əlaqələsinin olmadığını və hətta baş ofisin əlaqə nömrələrini belə bilmədiyini bildirdi.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »