Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Amma bu qanun çox zəif həyata keçirilir"
"Amma bu qanun çox zəif həyata keçirilir"

2020-ci ildə Azərbaycan böyük bir sınaqdan çıxdı. Minlərlə şəhidin qanı bahasına torpaqlarımız 30 illik işğaldan azad edildi. Torpaq uğrunda minlərlə oğul canından oldu. Minlərlə oğul döyüşdü, xəsarət aldı, qazi oldu.

Məhz 30 illik həsrətə son qoyduqları üçün hərbçilər daha çox sevildi. Yollarda, xəstəxanalarda - harda olursa olsun, əgər sırada hərbçi varsa, uşaqdan böyüyə hər kəs onu önə çəkir. Çünki biz vətənimiz uğrunda döyüşən hər kəsi dəyərləndirir, sevirik. Amma bu sevgidən sui-istifadə edib, müharibədə iştirak etmədiyi halda hərbi forma geyib qazi adından istifadə edən, qazi adından sosial şəbəkələrdə pul yığan, “qaziyəm” deyib yol hərəkəti qaydalarını pozan, “qaziyəm” deyib dövlət qurumlarında dava-dalaş salan kifayət qədər dələduz var. Həqiqətən müharibədə iştirak edib xəsatə alan, əlilliyi olan şəxslərin bu formanı daşıması başa düşülən olsa da, onların fonunda dələduzların fəaliyyəti pərdələnir.

Hərbi formanı daşımaq şərəfdir, sevgidir, vətənpərvərliyin nümunəsidir, amma artıq bu formanı geyinib insanları aldatmağa çalışanlar varsa, bu vəziyyətə də bir "olmaz" deyən olmalıdır.

Müharibənin bitməsindən artıq 14 ay keçib. Qələbə bizim, torpaqlar bizimdir. Və bizə bu qələbəni yaşadanlarınq qarşısında baş əyirik. Amma hərbi müharibədən bu qədər keçdikdən sonra hələ də hərbi forma ilə gəzmək qanuna ziddir. Bəlkə də bunu bilməyənlər çoxdur.

Ədalət Verdiyev Ədalət Verdiyev

Ancaq qazi adından istifadə edənləri müəyyən edə bilmək üçün, qanuna əməl etmək vacibdir.

Hərbi məsələlər üzər ekspert Ədalət Verdiyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, qanunla kənar şəxslərin hərbi geyim geyinməsi qadağandır və bunun üçün cərimə nəzərə tutulub. Amma bu qanun çox zəif həyata keçirilir. Kimlərin bu formanı daşıdığı barədə ictimaiyyətə məlumatlar verilmir.

“Əslində bu gün minlərlə insan müharibədən qayıtdıqdan sonra, aradan 14 ay keçməsinə baxmayaraq hələ də bu formanı geyinir. Halbuki qanun buna icazə vermir. Yalnız xidmətdə olan hərbçilər və ehtiyata buraxılan hərbi qulluqçular (bu müddətli hərbi qulluqçulara aid deyil) təxris olunduqdan sonra belə müvafiq icazə ilə bu formanı daşıya bilərlər”,- deyə ekspert bildirib.

Hərbi formanı geyinmək üçün xüsusi icazə olmalıdır. Hər kəs bu formanı geyinə bilməz, geyinməməlidir. Hesab edirik ki, bu məsələyə dövlət səviyyəsində bir açıqlama verilər. Çünki hər kəsin bu dəyərli geyimi geyinməyə haqqı yoxdur. Haqqı olanların haqqına girib, dələduzluq edib, qaziləri gözdən salanları tanımaq üçün, müharibə də bitdiyinə görə, bu formaları çıxarıb asmaq və qürur duymaq lazımdır.

İllər keçəcək və sevimli qazilərimiz bu formalara baxanda müharibədə keçirdikləri həyəcanları, hissləri hər dəfə yenidən xatırlaya biləcəklər. Çünki siz torpaq üçün canınızı ortaya qoymusunuz. Amma bu gün şərəfin, vicdanın nə olduğunu bilməyənlər sizin formalarınızdan və adınızdan istifadə edir. Siz də buna qarşı çıxmalısınız...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »