Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KTMT qoşunlarının Qazaxıstana gətirilməsi ABŞ-da suallar yaradıb
KTMT qoşunlarının Qazaxıstana gətirilməsi ABŞ-da suallar yaradıb

Ağ Ev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sülhməramlı missiya çərçivəsində KTMT qoşunlarının ölkəyə gətirilməsi tələbinin qanuni olub-olmadığını araşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə administrasiyanın mətbuat katibi Cen Psaki brifinqdə məlumat verib.

Psakidən Qazaxıstandakı vəziyyətin və Rusiyanın buradakı rolunun qarşıdan gələn NATO-Rusiya danışıqlarına təsir edib-etməyəcəyini və bu halda Rusiyanın Ukraynaya müdaxiləsi risklərinin azalıb-azalmayacağı ilə bağlı fikirlərin olub-olmadığını soruşub.

O, qeyd edib ki, ABŞ Dövlət Departamenti ölkədəki siyasi böhranla bağlı artıq Qazaxıstan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Departament ABŞ-a insan hüquqlarına hörmət edəcəklərini və Konstitusiya çərçivəsində hərəkət edəcəklərini təsdiqləyib.

"Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öz kollektiv sülhməramlı missiyalarını Qazaxıstana göndərməsi ilə bağlı xəbərləri diqqətlə izləyirik. Bu sorğunun mahiyyəti və belə bir dəvətin qanuni olub-olmaması ilə bağlı suallarımız var", - deyə Psaki cavab verib.

Ağ Ev KTMT-ni vəziyyətin sülh yolu ilə nizamlanmasını saxlamaq üçün insan haqları üzrə beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

Psaki qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə bağlı planlaşdırılan üç raund danışıqlarda heç bir dəyişiklik olmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »