Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev: Qazaxıstanın bütün bölgələrində konstitusiya quruluşu bərpa olunub
Tokayev: Qazaxıstanın bütün bölgələrində konstitusiya quruluşu bərpa olunub

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub və yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti terrorla mübarizə üzrə qərargahın iclasının yekunlarına dair məlumat yayıb.

"Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları ciddi işləyir. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Lakin terrorçular silahdan istifadə etməkdə və vətəndaşların əmlakına ziyan vurmaqda davam edirlər. Buna görə də terrorla mübarizə tədbirləri silahlılar tamamilə məhv edilənə qədər davam etdirilməlidir”, - deyə Tokayev bildirib.

Sessiyada daxili işlər və müdafiə nazirlərinin səlahiyyətlərini icra edənlər, həmçinin Milli Təhlükəsizlik Komitəsinin sədri də iştirak edib. "Təhlükəsizlik orqanlarının rəhbərlərinin bildirdiyinə görə, KTMT-nin vahid sülhməramlı kontingentinin bölmələri nizam-intizamın yaradılmasına kömək etmək üçün Qazaxıstana gəlməyə başlayıb. Bu kontingent məhdud müddət ərzində əsasən strateji hədəfləri əhatə etmək və qorumaq funksiyalarını yerinə yetirmək üçün gəlir”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Qazaxıstan prezidenti ölkədə vəziyyəti daha da sabitləşdirmək üçün bir sıra sərəncamlar da verib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »