İranda Məşhəd-İsfahan reysini həyata keçirən Xəzər Hava Yollarına məxsus Boeing 737-400 tipli sərnişin təyyarəsi İsfahan hava limanında eniş zamanı təkərlərində yaranan texniki nasazlıq səbəbindən uçuş-enmə zolağından çıxıb.
Bizimyol.info xəbər verir ki, aidiyyatı qurumlardan verilən məlumata görə, sərnişin təyyarəsi enərkən təkərlərinin qırılması səbəbindən sürüşərək uçuş-enmə zolağından çıxıb.
Eniş zolağından çıxan təyyarədə 110 sərnişinin olduğu bildirilib. Haisə zamanı 5 sərnişinin yüngül xəsarət aldığı qeyd edilib.
İran hava yolları rəsmiləri bildiriblər ki, ABŞ-ın məlum sanksiyaları səbəbindən İran administrasiyası sərnişin təyyarələrinin texniki xidmət və ehtiyat hissələri ehtiyacını ödəyə bilməyib.
Bizimyol.info