Türkiyə dost və müttəfiq ölkələrin də müdafiə təyinatlı məmulatlarla bağlı ehtiyaclarını ödəyən bir ölkəyə çevrilib.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı daha sonra əlavə edib: "Öz hərbi gəmisini hazırlayan 10 ölkənin arasında yer alırıq. PUA istehsalında isə artıq dünyanın üç ölkəsindən biriyik".