Qazaxıstanda kütləvi iğtişaşlar zamanı 18 asayiş keşikçisi həlak olub.
APA-nın xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisələr zamanı təhlükəsizlik qüvvələrinin daha 748 əməkdaşı xəsarət alıb.
İğtişaşlarla bağlı ümumilikdə 2 298 şəxs saxlanılıb.