Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələrinin, xüsusilə Rusiyanın köməyi ilə etiraz dalğası yatırılır. Təkcə Almatıda 2 mindən çox etirazçının həbs olunduğu bildirilir.
Bizimyol.info xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hakimiyyəti qorumaq üçün KTMT-yə müraciət etmişdi. Rusiya dərhal Orta Asiya ölkəsinə tabor göndərmişdi. Ermənistan da prosesdə iştirak edir. Amma KTMT üzvlərindən Qırğızıstan bundan boyun qaçırıb. Dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev Qırğızıstanın Qazaxıstandakı etirazçıların üzərinə heç bir halda əsgər göndərməyəcəyini deyib. Onun sözlərinə görə, parlamentin qərarından sonra yaxın ölkəyə hərbçiləri göndərmək olar. Buna baxmayaraq, söhbət yalnız strateji obyektlərin qorunmasından gedə bilər. Qırğızıstan öz əsgərlərinin qazax xalqına güllə atmasını istəmir.

Belarus mətbuatının yazdığına görə, bu ölkə də Qazaxıstana hərbi qüvvə göndərməyə hazırlaşır.
Aytən, Bizimyol.info