Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın rəhbərlik etdiyi sülhməramlılar Qazaxıstanı qarışdıracaq”
“Ermənistanın rəhbərlik etdiyi sülhməramlılar Qazaxıstanı qarışdıracaq”

Keçmiş attaşe Yücel Karauz: “Qazaxıstanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Ermənistanın insafına buraxmaq olmaz”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana sülhməramlı missiya göndərib. Bu barədə KTMT Baş Katibliyi məlumat yayıb. Baş Katiblik bildirib ki, göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb.

“Sülhməramlı kontingentin Rusiyadan olan təmsilçiləri Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Qazaxıstan Respublikası ərazisinə gətirilib. Missiyanın tərkibindəki bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb”, - deyə məlumatda qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin verdiyi xəbərə görə 10 hərbi-nəqliyyat təyyarəsi İl-76 və 3 ağır An-124-100 təyyarələri Qazaxıstana uçuş üçün hazırdır. Qeyd edək ki, dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etmişdi.

Qeyd edək ki, “Sputnik-Armenia” saytı sülhməramlı qüvvələrin tərkibi ilə bağlı məlumat yayımlayıb. Qeyd edilir ki, KTMT-nin Qazaxıstana göndərdiyi sülhməramlıların tərkibində 70 Ermənistan hərbçisi var.

Sual belədir: Bu günə qədər Qarabağda heç bir iş görməyən sulhməramlı missiyası bu ölkədə nə iş görə biləcək? Tərkibində Ermənistanın olduğu bu qüvvələr ölkədə sabitliyi bərpa edə biləcəkmi?

Bu məsələyə münasibətini açıqlayan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz Bizimyol.info saytına açıqlamasında bildirdi ki, Ermənistanın rəhbərlik etdiyi bu sülhməramlı qüvvələr Qazaxıstanda da ortalığı qarışdıracaq.

Yücel Karauz Yücel Karauz

Sühməramlı qüvvələrin heç bir vaxt dünyaya sülh gətirmədiyini söykəyən keçmiş attaşenin fikrincə, onlar həmişə getdiyi ölkələrdə öz dövlətlərinin və təşkilatlarının siyasi və hərbi maraqlarını ifadə ediblər:

“Bu problemi ancaq qazax qardaşlarımızın sağlam düşüncə ilə bir araya gəlməsi, dövlətinə, millətinə, bayrağına və tarixinə sahib çıxası ilə həllini tapa bilər. Əgər onlar milli birlik və bərabərlik içərisində olmasalar, Türkdilli Dövlətlər Təşkilatı sağlam qərar qəbul edərək bu ölkəyə dəstək verməsə, Qazaxıstanın qısa müddət ərzində Suriyanın, İraqın və Liviyanın taleyinin yaşayacağı qaçılmazdır.

Gəlin düşünək: Ermənistanın rəhbərlik etdiyi KTMT-nin sülhməramlı qüvvələrin Qazaxısatana sülh və ədalət gətirəcək? Düşünürəm ki, gətirməyəcək və biz buna inanmamalıyıq! Əgər qazax xalqı bu təşkilatın və missiyanın insafına buraxılarsa, nələrin baş verəcəyini düşünmək belə istəmirəm. Bununla belə Qazaxıstan bu ölkələrin heç biri ola bilməz”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »