Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda qaçmaq və ya yıxılmaq necə yozulur...
Yuxuda qaçmaq və ya yıxılmaq necə yozulur...

Yuxularda bizim gün boyu yaşadığımız həyəcan, narahatlıq, stress əks olunur. Bəzən ağlaya-ağlaya öz hıçqırığımıza yuxudan oyanırıq, bəzən oyana bilmirik. Bəzən qaçırıq, elə sürətlə qaçırıq ki, sanki kimsə bizi qovalayır. Bəzən yıxılırıq, düşürük...

Hər bir yuxunun özünəuyğun yozumu var. Bizimyol.info saytı oxucularına bu gün bir neçə yuxu yozma haqqında məlumat verəcək.

Yuxuda qaçmaq

  • Yuxuda qaçmaq pisliklərdən qorunmağa, gizlənməyə, qurtuluşa işarədir.
  • Yuxuda qorxmadığı halda qaçdığını görən şəxs kədərli bir xəbər alacaq, ya da xəstələnəcək.
  • Yuxuda qorxaraq qaçmaq isə, yuxu sahibinin rahatlığa çıxacağına işarədir.
  • Musa peyğəmbər də yuxusunda qaçdıqdan sonra rahatlığa qovuşur.
  • Yuxuda düşməndən qaçmaq, təhlükəsizlikdə olmaq və ya yüksək bir vəzifəyə qalxmaq deməkdir.
  • Əsgərin cəbhədən qaçması zəfərə yozulur.
  • Çox əhəmiyyətli bir təhlükə və ya davadan qaçmaq çox qorxulu və narahatlıq verən bir müddətin sonunun xeyirlə bitəcəyinə işarədir.
  • Yuxuda qaçdığını görmək keçmişdə sizə təsir edən bir hadisənin təsirindən qurtulmaq deməkdir.
  • Əgər bir yerdən qaçmağa çalışdığınızı ancaq bunu bacarmadığınızı görürsünüzə, saxtakar insanlar tərəfindən sıxıntılarla qarşılaşacaqsınız.
  • Yuxu sahibi evdən qaçırsa, bu onun həyatı ilə bağlı dəyişiklik olacağından xəbər verir.
  • Birinin qaçdığını görmək isə, ayrılığa yozulur

Yuxuda yıxılmaq

Bu yuxunu hamı tez-tez görə bilər. Yüksəklikdən yıxılmaq, ayağın sürüşüb yıxılmaq və ya sanki hardansa düşürsən. Yuxu yozanlara görə, yüksəklikdən yıxılmaq düşdüyün yer və yüksəklikdən asılı olaraq, pis və yaxşı yozulur. Yüksək bir yerdən xarabalığa, tənha bir əraziyə düşmək yaxşı haldan pisə düşmək deməkdir. Yaşıllıq, gözəl bir yerə düşmək sıxıntılı bir haldan yaxşı bir hala keçməkdir.

  • Yuxuda yıxılmaq varlılar üçün onların simicliyinə, işarədir.
  • Yuxuda dam, eyvan kimi yerdən yıxılan zaman bir yerin qırılması dostuna və yaxud malına gələcək zərərdən xəbər verir.
  • Bəzən yıxılmaq rəhbərlik tərəfindən xoşunuza gəlməyən bir halla qarşılaşmağa da işarədir.
  • Birinin sizin üzərininizə yıxıldığını görürsünüzsə, düşmən sizə qalib gələcək.
  • Yuxuda dağ, divar kimi yerdən yıxılmaq arzuya çatmağın işarəsidir.
  • Bir zərbə ilə yerə yıxılmaq bəla və müsibətin gələcəyini xəbər verir.
  • Ayağın sürüşüb yıxılırsansa, fəalkətin baş verəcəyinə işarədir.
  • Kirmaniyə görə, üzqoylu yıxılmaq xeyirə yozulmur. Yuxu sahibi dava, müharibədədirsə, məğlub olacağından xəbər verir.
  • Damdan, divardan, ağacdan, dağdan və bənzər yerlərdən yıxılmaq xeyirli deyil. Həmin şəxs arzularına çatmayacaq.
  • Yuxuda birdən-birə yıxıldığınızı görmək zənginliyin xəbərçisidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »