Azərbaycan Qazaxıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarımıza müraciət edib.
Bizimyol.info xəbər verir ki, bu barədə səfirlikdən verilən məlumatda bildirilir.
Xəbərdarlıqda deyilir:
"Əziz vətəndaşlarımız!
Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilib. Vətəndaşlarımıza rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur".