"Biz Qazaxıstanda sülh və sabitliyə verdiyimiz əhəmiyyəti vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi bildiririk".
Bizimyol.info xəbər verir ki, bu barədə təşkilatdan verilən bəyanatda bildirilir.
"Biz qardaş qazax xalqının sağlam düşüncəsinə və normal həyata qayıtmaq istəyinə arxalanırıq.
Biz inanırıq ki, Qazaxıstan hakimiyyəti sülh yolu ilə gərginliyi azaltmaq, asayişi və sakitliyi bərpa etmək gücünə malikdir.
Biz bəyan edirik ki, Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazırıq.
Hadisələrdə həyatını itirənlərə başsağlığı verir və yaralananlara şəfa diləyirik".