Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çörək yoxsulların qida rasionunda üstün paya malikdir
Çörək yoxsulların qida rasionunda üstün paya malikdir

"Son günlər xəbərlərdə oxusam da, baha çörəyi nəhayət ki, bu gün aldım. 30% bahalanma var. Ən azı son 10 ildə çörəyin çəkisilə oyanasalar da, qiymətin sonuncu dəfə nə zaman dəyişdiyini artıq xatırlamıram".

Bizimyol.info xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.

"Bu müddətdə iqtisadiyyatda qiymət miqyası ən azı 2 dəfədən çox böyüyüb. Məsələn, rəsmi təsdiqlənən yaşayış minimumu 2010-cu ildən bəri 2.5 dəfə artıb. İnflyasiya ilə manipulyasiya ehtimallarına inandığım üçün real qiymət miqyasının daha çox böyüdüyünə əminəm.

Bu fikirlə tez-tez rastlaşıram ki, bizim insanlar çox çörək yeyən olduğu üşün çörəyin qiymətinə həssasdır. Bu nəticəyə baxıb qiymət verməkdir. Səbəb isə odur ki, əksinə bizdə kasıblıq daima problem olduğu üçün biz çörəyə qarşı həssasıq. Çünki çörək daha çox yoxsulların qida rasionunda üstünlük paya malikdir.

Kalorili, çeşidli qidalar yemək imkanına sahib ev təsərrüfatlarında istehlak strukturu fərqlidir", - deyə R.Ağayev bildirib.

Rövşən Ağayev Rövşən Ağayev

İqtisadçı belə hesab edir ki, bundan sonra yəqin ki, taxıl ucuclaşsa da, mağazaların piştaxtalarında əvvəlki qiymətə çörək görməyəcəyik: "Əvvəla ona görə ki, iqtisadiyyat rəqabətli deyil. Digər vacib səbəb odur ki, uzun bir dövr ərzində çörək sənayesində un istisna digər xərclər (işçi qüvvəsi, elektrik, çatdırma, cari təmir və bərpa, zəruri avadanlıqların alınması və onlara cari qulluq və s) də xeyli artsa da, bu seqmentdə qiymətlər dəyişməmişdi. Bu dəfə isə taxılın qiyməti əslində qiymət artımı üçün də bir fürsət oldu.

Yeri gəlmişkən, hökumət noyabrın sonu üçün 15%-lik qida inflyasiyası qeydə alıb (əvvəlki ilin noyabrına nəzərən). Səhv eləmirəmsə, bu ən azı son 5 ilin ən yüksək göstəricisidir. Amma işin daha psi tərəfi odur ki, 2022-ci ildə qida inflyasiyasının daha yüksək olmaq ehtimalı var.

Bu ehtimalı gücləndirən bir neçə amil var.

İlk növbədə idxaldan yüksək asılılığımız var və global inflyasiyanın 2022-ci ildə də problem olacağı görünür.

İkincisi, rəsmi statistikaya görə, 2021-ci ilin noyabrında Azərbaycanda qida istehsalçılarının qiymət indeksi istehlakçı qida qiymət indeksindən daha yüksək olub (18%-ə yaxın). Adətədən istehsalçı qiymət indeksinin İQİ-nə yansıması zaman aparır. Çünki pərakəndə satış anbarlarında ehtiyatatlar hesabına 2-3 ay ərzində köhnə qiymətlərlə satışlara davam etmək olur. İstehsalçılardan yeni qiymətlə məhsul aldıqca, piştaxtalarda da durum dəyişir.

Ona görə də biz daha yüksək qida istehsalçılarının qiymət indeksinin təsirlərini bu aylarda hiss edəcəyik.

Üçüncü vacib məqam - inflyasiya səbətində yüksək payı olan çörək və un məmulatlarının çox yüksək qiymət artımlarının inflyasiyaya yansıması bu il baş verəcək", - deyə o bildirib.

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »