Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almatı polisi onlarla nümayişçini öldürüb
Almatı polisi onlarla nümayişçini öldürüb

"Şəhərdə onlarla etirazçı öldürülüb və onların şəxsiyyəti müəyyənləşdirilir".

Bizimyol.info xəbər verir ki, bunu Almatı polisinin sözçüsü Saltanat Azirbek bildirib.

Azirbek bildirib ki, gecə saatlarında Almatı şəhərinin inzibati binalarına və polis idarəsinə hücum edilib. O, qeyd edib ki, ərazidə, xüsusilə də inzibati binalarda antiterror əməliyyatı davam edir: "Bununla əlaqədar olaraq biz şəhər sakinlərini və Şərimizin qonaqlarını öz təhlükəsizlikləri üçün evlərini tərk etməkdən çəkinməyə çağırırıq", - deyə Almatı polisinin mətbut xidmətinin rəhbəri bildirib.

Almatıda terrorçuların xüsusi əməliyyatının başlaması barədə yerli vaxtla saat 01:30-da şəhərin vitse-meri Yerjan Babakumarov TASS-a məlumat verib. Onlarla hərbçi meriyanın qarşısındakı meydana gələrək ərazini etirazçılardan “təmizləmək” əməliyyatına başlayıb. Bir müddət sonra zirehli transportyorlar və yük maşınları ilə 300-ə yaxın hərbçi gəlib və onlar mülki vətəndaşları ərazidən sıxışdıraraq perimetr boyu meydanı mühasirəyə almağa başlayıblar. Daha sonra atışma başlayıb, agentliyin məlumatına görə, hərbçilər havaya atəş açıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »