Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya hesab edir ki, KXDR yeni tipli raketi sınaqdan keçirib
Yaponiya hesab edir ki, KXDR yeni tipli raketi sınaqdan keçirib

Yaponiya hesab edir ki, KXDR yanvarın 5-də yeni tip ballistik raketi sınaqdan keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib.

"Bizdə olan məlumata görə, Şimali Koreya dünən bir ballistik raket atıb. O, aşağı trayektoriya ilə buraxılıb və uçuş məsafəsi 50 km-dən çox olmayıb. Hesab edirik ki, bu, Şimali Koreyanın indiyədək heç vaxt istifadə etmədiyi yeni ballistik raketdir”, - deyə Kişi qeyd edib.

Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, KXDR yanvarın 5-də hipersəs raketini sınaqdan keçirib. Onun təxminən 700 km uçduğu və hədəfi vurduğu qeyd edilir. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raket Yapon dənizinə düşüb.

KXDR sonuncu dəfə 2021-ci ilin oktyabrında raket sınaqları keçirib.

Bizimyol.info

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »