Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fikrət Məmmədov yenidən Beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib
Fikrət Məmmədov yenidən Beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov yenidən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti seçilib.

Bu barədə Bizimyol.info-ya Nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, ölkəmiz onun həmtəsisçilərindən biri olub.

100-dən çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işində Azərbaycan daim fəal iştirak edir, beynəlxalq antikorrupsiya əməkdaşlığının genişləndirilməsinə mühüm töhfələr verir. Ədliyyə naziri Fikrət Məmmədov qurumun vitse-prezidentidir.

Ötən ilin dekabrında qurumun İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın rəhbərliyinin səlahiyyət müddətinin başa çatması ilə bağlı yenidən formalaşdırılması məqsədilə yeni namizədlər təsdiq edilib.

Bununla əlaqədar bu gün Assosiasiyanın videoformatda Ümumi Yığıncağı təşkil olunub. Bütün qitələrdən olan dövlətlərdən 90-dan çox nümayəndənin qatıldığı tədbirdə qurumun rəhbərliyinin seçkisi keçirilib və Honqkonqun Antikorrupsiya Komissiyasının rəhbəri təşkilatın yeni prezidenti, Azərbaycanın Assosiasiyaya yaradıldığı gündən daim göstərdiyi əməli dəstək, habelə işinə verdiyi dəyərli töhfələri nəzərə alınaraq, respublikamızın ədliyyə naziri isə yenidən qurumun vitse-prezidenti seçilib.

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »