Bu gün iğtişaşlarla əlaqədar Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət rejiminin tətbiqi fonunda internetin işində məhdudiyyətlər müşahidə edilir.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bundan başqa, şəhərin bir sıra rayonlarında "WhatsApp", "Viber", "Telegram" kimi məşhur messencerlər tamamilə sıradan çıxıb.
Bundan başqa, bir çox Qazaxıstan KİV-lərinin saytlarına daxil olmaq mümkün olbayıb. Xüsusilə, "zakon.kz", "vlast.kz" və “Xəbər-24” portallarının səhifələrinə daxil olmaq mümkün deyil.
"Beeline Kazakhstan" mobil operatoru çərşənbə axşamı mobil internet xidmətlərinin göstərilməsinə məhdudiyyətlər barədə məlumat verib. Şirkətin mətbuat xidmətinin açıqlamasında qeyd edildiyi kimi, operatordan asılı olmayan səbəblərdən istifadəçilər üçün narahatlıq yarana bilər. Digər mobil rabitə operatoru Kcell öz "Twitter" səhifəsində bildirib ki, “Rabitə haqqında” qanuna əsasən, respublikanın səlahiyyətli orqanları terrorizmə qarşı mübarizənin təmin edilməsi və ictimai təhlükəsizlik maraqları naminə “şəbəkələrin fəaliyyətinin dayandırılması və rabitə xidmətlərinin göstərilməsi üçün tədbirlər görür”, -deyə məlumatda bildirilir.
Dünən respublikanın ən böyük şəhərində, təxminən 2 milyon əhalisi olan Alma-Atada internetə çıxış mümkün olmayıb.
Bizimyol.info