Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqsız qalan məktəblər: Təhsil Nazirliyi “komissiya-komissiya” oynayır
Uşaqsız qalan məktəblər: Təhsil Nazirliyi “komissiya-komissiya” oynayır

İki aya yaxın müddətdir ki, uşaqlar arasında xəstəliklər kəskin artıb. Dəfələrlə bu mövzuda yazılar hazırlanıb, həkim rəyləri alınıb, gündəmdə saxlanılıb. Lakin nədənsə bunun nə səbəbdən bu qədər yayıldığı, hansı xəstəlik olduğu barədə rəsmi məlumatlara rəst gəlinmir.

Son günlərdə isə yoluxmaların yayılma sürəti o həddə çatıb ki, bir çox bağçalarda, məktəblərdə, təhsil müəssisələrində şagird tapılmır. Müəllimlər isə boş sinif otağında partalara baxmaqla vaxt keçirirlər. Səbəb isə uşaqların xeyli hissəsinin hərarət, qusma və s. əlamətlərlə evdə, xəstəxanalarda müalicə olunmasıdır. Hətta valideynlər artıq sağlam uşağı da təhsil müəssisəsinə göndərməyə qorxar vəziyyətə gəlib. Çünki bilirlər ki, bir neçə gün dərsə getməkləri kifayət edir ki, onlar da bu bəlaya yoluxsunlar.

Maraqlısı ondadır ki, bununla bağlı heç bir rəsmi tədbir görülmür, xəbərdarlıqlar edilmir, valideynlər məlumatlandırılmır. Bu səbəbdən də valideynlər, təhsil müəssisələri aciz vəziyyətdə qalıblar. Məktəb, bağça rəhbərlikləri nə uşaqların dərsə gətirilməsini tələb edə bilmir, nə də “xəstəlik yayılıb, gətirməyin” deyə bilmir. Əksinə, Təhsil Nazirliyi və ya Bakı Təhsil İdarəsi tez-tez müxtəlif məktəblərə komissiyalar göndərib davamiyyatı yoxlayırlar – guya uşaqlar dərsə gəlsələr, orada təhsil alacaqlar. Real tədbirlər əvəzinə xəstələrin məktəbə gəlməsini tələb etməklə məşğuldurlar – məktəblərdə komissiyaların əlindən tərpənmək olmur...

Hətta həkimlər də bu bəlanın qarşısında aciz qalıblar desək, yanılmarıq. Çünki adı məlum olmayan xəstəliyin müalicəsi adi mübarizədən qat-qat daha çətin və ağırdır.

Ümidvarıq ki, yaxın zamanda bununla bağlı tədbir görülər və xəstəliklə üz-üzə qalan körpələrin sağlamlığı diqqətə alınacaq.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »