Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma

Yuxular; həyatda arzuladığımız, əlimizin çatmadığı xəyallarımız və istəklərimizin yuxuda ikən tərənnümüdür. Bəzən illərlə üzünü görmədiyimiz sevdiklərimizi, bəzən dünyasını dəyişdən yaxınlarımızı, bəzən fikirləri ilə yatdığımız işi, insanı və s. görürük. Yuxudan oyandığımız anda həmin yuxunu yozmaq, bir nəticə əldə etməyə də çalışırıq. Çünki el arasında tarixi bilinməyən bir düşüncə var - “görülən yuxu, baş verəcək bir hadisənin xəbərçisidir”…

Bəzi yuxular var ki, onların yozumu şablonlaşıb. Məsələn; ilan-uzun yol, qan-qovuşmaq, su-aydınlıq, pul-səs kimi yozulur. Yuxuda dəniz görən də eyni yozmağa çalışr və deyirlər ki, "aydınlıqdır, hər işin xeyrini görəcəksən". Amma yuxuda dəniz görməyin müxtəlif yozumları var. Və bu, sizin dənizi necə görməyinizdən çox asılıdır. Bu gün Bizimyol.info olaraq sizə bu barədə ətraflı danışacağıq:

Yuxuda sakit dəniz görmək

Sakit dəniz görmək arzularınızın reallaşmasına, mal-mülk sahibi olacağınıza işarədir. Yuxu sahibinin həyatdakı uğurlarına işarədir. Eyni zamanda ruzi-bərəkət rəmzi olan dəniz, yuxu sahibinin önəmli mərtəbəyə qalxacağına işarə edir.

Yuxuda dalğalı dəniz görmək

Yuxuda dalğalı dəniz görmək, yuxu sahibinin uzun müddət çəkdiyi çətinliklərdən sonr rahatlığa qovuşacağına işarədir. Belə yuxu sahibi stresli və sıxıntılı hadisələr yaşayacaq. Ancaq bundan sonra həyatına bir rahatlıq gələcək, yenidən ayağa qalxıb "mən varam" deyəcək. Yuxuda dalğalı dəniz özünə inamı əks etdirir.

Yuxuda şəffaf dəniz görmək

Bu, yuxu sahibinə bir xəbərdarlıqdır. Yuxu sahibi, sahib olduqlarının dəyərini bilməlidir. Bol bərəkətə işarə edən bu yuxu, eyni zamanda yuxu sahibinə pis işlərdən uzaq durmağı və xeyirxah işlərlə məşğul olmağı tövsiyyə edir.

Yuxuda masmavi dəniz görmək

Yuxu sahibi bu gün yaşadığı bütün çətinliklərdən sıyrılıb çıxmağı bacaracaq. Bu yuxu, ömürlük rahatlığa və hörmətə işarədir. Mavi dəniz, parlaq bir gələcyin xəbərçisidir.

Yuxuda dənizdə boğulduğunu gömək

İşlərinizdə çox bacarıqlısınız və bu bacarıq, sizi zəngin edə bilər. Eyni zamanda dənizdə boğulmaq, dünya malı üçün həddən artıq çalışdığınızı göstərir.

Yuxuda kirli dəniz görmək və üzmək

Yuxuda pis, çirkli dəniz görmək bir sıra problemlər işarədir. Bəzi yuxuyozanlara görə, kirli dəniz görən şəxslər böyük məsuliyyət sahibi olacaq və kirlilikləri üzə çıxarmağa çalışacaq. Kirli dənizdə üzmək isə, yuxu sahibinin haram arxasınca qaçdığına yozulur və bu, yuxu sahibinin bir sıra sıxıntılarla qarşılaşacağının xəbərçisidir. Bu yuxudan sonra gəlirlərinizə diqqət edin, kirli gəlirlərinizin məbləği arta bilər.

Kirli dənizdə boğulmaq

Yuxuda kirli dənizdə boğulmaq, yuxu sahibinin günaha batacağının işarəsidir. Yuxu sahibi, çox diqqətli olmalıdır. Ətrafında çox sayda kinli, hiyləgər insnalar var. Yuxuda kirli dənizdə boğulursunuzsa, bu haram yediyinizə işarədir.

Yuxuda dalğa səsi eşitmək

Yuxuda dalğa səsi, çarəsizliyə işarədir. Bu müvəqqəti çətinlikdir, keçəcək. Yaxın günlərdə böyük fürsətlər ayağınıza qədər gələcək. Bir müddət sonra maddi mənada qazanclarınız artacaq.

Yuxuda köpüklü dəniz görmək

Bu yuxu, böyük var-dövlətə işarədir. Yuxu sahibi, böyük sərvətə sahib olacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »