Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özəl klinikada qalmaqal: “Hər şeyi qaydasına salmışıq”
Özəl klinikada qalmaqal: “Hər şeyi qaydasına salmışıq”

Özəl klinikalardan birində insident yaşanıb.

Hadisə şahidlərinin Bizimyol.info-ya verdiyi məlumata görə, bir neçə gün əvvəl “Euromed” klinikasında tibbi heyət və rəhbərlik arasında qalmaqal baş verib.

İddiaya görə, anlaşılmazlığın səbəbi isə İcbari Tibbi Sığorta tətbiq edildikdən sonra tibbi heyətin və həkimlərin maaşlarının kəsilməsi, azaldılması olub.

Məsələ ilə bağlı “Euromed” klinikası ilə əlaqə saxladıq və klinikadan bildirdilər ki, deyilən formada etirazlar olmayıb. “Sadəcə bəzi heyət üzvləri dəyişib və bu səbəbdən də öz aralarında narazılıqlar ola bilər. Bu deyilən formada narazıçılıq yoxdur. Hər şeyi qaydasına qoymuşuq”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »