Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ diplomatiyasının rəhbəri Ukraynaya gəlib
Aİ diplomatiyasının rəhbəri Ukraynaya gəlib

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynaya səfər edib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, rəsmi "Twitter" səhifəsində məlumat verib.

Borrell qeyd edib ki, 2022-ci il yanvarın 4-də o, Ukraynaya ilk səfərinə başlayıb.

“Regionda Rusiyanın hərbi gücünü artırması ilə bağlı mən Aİ-nin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini nümayiş etdirmək və davamlılığın açarı olan mühüm islahatları dəstəkləmək üçün buradayam”, - deyə Borrell yazıb.

O əlavə edib ki, Stanitsia Luqanskaya və Kiyevə səfər etmək niyyətindədir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, bu gün, yanvarın 5-də xarici işlər naziri Dmitri Kuleba və Borrelin Luqansk vilayətində demarkasiya xəttinə səfəri planlaşdırılır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »