Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalı elm adamından şad xəbər: “Pandemiya “Omicron”la bitəcək”
Avropalı elm adamından şad xəbər: “Pandemiya “Omicron”la bitəcək”

Son günlər Qərb ölkələrində, xüsusilə ABŞ-da koronavirusa yaxalananların sayının bütün dövrlər üçün ən yüksək həddə olması diqqət çəkir. Amma bu tendensiyaya görə ruhdan düşməyə dəyməz. Danimarkalı elm adamı Tira Qrove Krause hesab edir ki, keçmiş günlərə qayıtmağa lap az qalıb.

Bizimyol.info xəbər verir ki, avropalı alim pandemiyanın “Omicron” ştammı ilə bitəcəyini deyib. Danimarkalı elm adamı araşdırmalardan danışıb. O, iki ay ərzində nəticəni biləcəklərini bildirib. Tire Qrove Krause inanır ki, onları təəccübləndirəcək göstərici görməyəcəklər. Yəni hər şey düşündükləri kimi olacaq. Bu isə Danimarkada həyatın iki ay sonra normallaşacağı anlamına gəlir. Elm adamı tamamilə köhnə həyat tərzinə qayıtmağı nəzərdə tutur.

Tire Grove Krause “Omicron”u “Delta” ilə müqayisə edib. Onun fikrincə, yeni ştamm ilk baxışdan aqressiv görünsə də, sonrakı mərhələyə ümid yaradır. Çünki xəstəxanaya düşənlərin sayı azalıb. Yoluxma sayı yüksəkdir, amma “Omicron” hamını yatağa salmır.

Krause yanvarın çətin keçəcəyini bildirir. Buna baxmayaraq, danimarkalı alim qorxmamağı tövsiyə edir. Skandinaviyalı fevraldan hər şeyin qaydasına düşməyə başlayacağına inanır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »