"Pfizer" ilə birlikdə "mRNA" əsaslı "Covid-19" peyvəndi hazırlayan "BioNTech"in həmtəsisçisi və baş icraçı direktoru Uğur Şahin Fransada verdiyi müsahibədə yeni peyvəndin müjdəsini verdi.
Bizimyol.info xəbər verir ki, Fransanın "Le Monde" qəzetlərinə danışan "BioNTech"in qurucusu və ortaqlarından biri olan Uğur Şahin "mRNA" texnologiyasının təfərrüatlarını ictimaiyyətlə bölüşdü. Son vaxtlar adı həyat yoldaşı Özlem Türeci ilə birlikdə çap olunacaq yeni avrolarla bağlı müzakirə edilən Şahin, "mRNA" texnologiyasının bir çox xəstəliklə mübarizə aparacağını bildirib.
U.Şahin: "mRNA" potensial olaraq bir çox xəstəliyə müalicə ola bilər", - deyib. Bu texnologiyanın fərdi müalicə üsulu təklif edə biləcəyini qeyd edən Şahin, "mRNA" texnologiyasının yoluxucu xəstəliklər, xərçəng və xroniki xəstəliklərə qarşı istifadə edilə biləcəyini söylədi.
"QİÇS, vərəm və malyariya kimi xəstəliklərə qarşı peyvəndlər hazırlamaq üçün çalışırıq", - deyə türk həkim bildirib.
Bizimyol.info