Fransa prezidenti Emmanuel Makron ölkədə "COVİD-19" peyvəndi olmayanların həyatını çətinləşdirmək istədiyi barədə xəbərdarlıq edib.
Bizimyol.imfo xəbər verir ki, Makron "Le Parisien" qəzetinə müsahibəsində: "Mən həqiqətən onlara təsir etmək istəyirəm və biz bunu sona qədər davam etdirəcəyik", - deyə qeyd edib.
Makron peyvənd pasportları ilə bağlı qanun layihəsinin səsvermənin hökumətə qarşı birləşən millət vəkillərinin səyi ilə təxirə salınmasından sonra belə bir açıqlama verib.
Qanun layihəsinin bu həftə səsə qoyulması və təsdiqlənməsi gözlənilir. Lakin qanun layihəsinə görə peyvənd əleyhdarlarından ölüm təhdidləri aldıqlarını söyləyən bəzi fransız qanunvericilər qəzəbləniblər.
"Le Parisien"ə verdiyi müsahibədə Makron bildirib ki, o, “heç kəs peyvənd olunmağa məcburi edilməyəcək”, lakin “onların sosial fəaliyyətlərə çıxışını mümkün qədər məhdudlaşdırmaqla” insanları peyvənd etməyə təşviq edəcəyinə ümid edir.
"Mən peyvənd olunmamışları həbsə atmayacağam. Biz onlara deməliyik ki, yanvarın 15-dən sonra restoranlara, teatra gedə bilməyəcəksiniz. Siz kinoya gedə, kofe içə bilməyəcəksiniz”, - deyə prezident bildirib.
Lakin siyasi rəqibləri Makronun müsahibədə işlətdiyi sərt dilin prezidentə yaraşmadığını bildiriblər.
Bizimyol.imfo