Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bir ildə 1100-dən çox terrorçu zərərsizləşdirilib
Türkiyədə bir ildə 1100-dən çox terrorçu zərərsizləşdirilib

Son bir ildə Türkiyədə keçirilən əməliyyatlar zamanı müxtəlif terror qruplaşmalarının 1 140 üzvü zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin rəis müavini İsmayıl Çataklı 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Çataklı xatırladıb ki, hazırda dağlarda 156-dan çox terrorçu gizlənir.

“Əvvəllər ildə 5 min insan terrorçuların sıralarına qoşulurdu, lakin o zaman da istədiklərinə nail ola bilmirdilər. İndi onların sayı 156-dan azdır, sözsüz ki, məqsədlərinə çata bilməyəcəklər”, - Nazirlik rəsmisi bildirib.

2021-ci ildə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində 143 321 antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində terrorçuların 1 548 sığınacağı məhv edilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »