Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Suriyanı necə ələ keçirir
Rusiya Suriyanı necə ələ keçirir

Rusiya Suriyada möhkəmlənib. Qərb ölkələrinin Bəşər Əsəd rejimini devirmək istəyi baş tutmayıb. Kremlin açıq dəstəyi özünü göstərib. İndi Rusiya Suriyada mövqeyini gücləndirməklə məşğuldur.

Bizimyol.info xəbər verir ki, Moskva çox vacib sektoru ələ keçirir. Bu barədə Misir mətbuatı yazıb. Rusiya Suriyada qədim abidələr sektoruna tamah salıb. Orada ciddi proses gedir.

Kreml UNESCO-nun dünya iris siyahısına düşən arxeoloji və mədəni obyektlərə böyük maraq göstərməyə başlayıb. Buna həm də təəccüblənmək olar. Çünki Rusiya aviahücumlarla tarixi abidələrə az zərbə vurmayıb.

Misir mətbuatındakı yazıda qeyd olunub ki, Əsəd rejiminə qarşı vuruşan müttəfiqlər də artefaktlarla yetərincə həssas davranmayıb. Tərəflər Suriya tarixinə ciddi zərər yetirib. Rusiya indi başqa manevrlərə əl atıb. Moskva zərər görən abidələri bərpa etməyə başlayıb. Çoxlu tarixi obyektlərin yerləşdiyi Əhrar əş-Şam şəhərində pilotsuz uçuş aparatlarının köməyi ilə çoxlu fotoçəkilişlər aparılıb. Bu işə restavrasiya mütəxəssisləri də cəlb olunub.

Rusiya nümayəndə heyəti şəhərə keçən ilin noyabrında təşrif buyurub.  Bu müddətdə bərpaya hazırlıq gedib. Görüləsi iş çoxdur. Tərəflər tarixi abidələrin əhəmiyyətinə varmadan hərbi əməliyyatlar keçiriblər. Xeyli obyekt sıradan çıxıb. Üstəlik, oğurluq halları baş verib. Artefaktların bir çoxu qonşu ölkələrə satılıb.

Avropalı mütəxəssislər də Əhrar əş-Şama az gəlməyib. Amma Rusiya buranı tam ələ keçirmək fikrindədir. Yəni söhbət inhisara almaqdan gedir.

Rusiya Suriyada hələ uzun müddət qalmaq istəyir. İqtisadiyyatın bir çox sahələrində Kreml izi nəzərə çarpır. Qədim abidələr sektoru da diqqət mərkəzindədir. Jurnalist Ömər əl-Buniya hesab edir ki, Rusiyanın bu addımı da bir təzyiq vasitəsidir. Qərb Moskvanı sanksiyalarla çox təhdid edir. Kreml xeyli əhəmiyyətli işlər gördüyünü ortaya qoymağa çalışır. Rusiya demək istəyir ki, Qərbin dağıntılarını bərpa etməklə məşğuldur. Ömər əl-Buniya baş verənləri həm də mədəni işğal adlandırmaqdan çəkinmir. Suriya tamamilə Rusiyanın əlinə keçir.

Aytən, Bizimyol.info

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Navalnı: “Məni öldürsələr, təslim olmayın”
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
Son xəbərlər
Bütün xəbərlər »