Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin xalqa müraciət zamanı zirehli geyimdə olduğu iddia olunur - Foto
Putinin xalqa müraciət zamanı zirehli geyimdə olduğu iddia olunur - Foto

Rusiya prezidenti Vladimir Putinin 2021-ci ilin son günündə xalqa müraciəti geniş müzakirə olunur. Onun çıxışını zirehli geyimdə həyata keçirdiyi iddia olunur.

Bizimyol.info xəbər verir ki, Rusiyada müstəqil media Putinin xalqa gülləkeçirməz paltarda hesabat verdiyini bildirir. Fotolarda dövlət başçısının paltosunun yuxarı düyməsinin çox kip bağlanması nəzərə çarpır. Hiss olunur ki, prezident qalın geyinib. Sosial mediadakı rəylərdə Putinin bir neçə qat zirehli geyimdən istifadə etdiyi yazılıb.

Rusiya prezidenti xalqa adəti üzrə açıq havada müraciət ünvanlayıb. Qoruma tədbirləri yenə ən yüksək səviyyədə olub. Amma Putinin məhz operatora güvənmədiyi iddia edilir.

Sosial mediada Əfqanıstanın keçmiş hərbi komandiri Əhməd Şah Məsudun başına gələn əhvalat xatırladılıb. Onu Mərakeş əsilli iki jurnalist "aradan götürmüşdü". Putinin məhz belə bir taledən ehtiyat etdiyi qeyd olunur.

Vladimir Putinin Ynei il müraciəti

Rusiya prezidentinin ehtiyatlı davranması təbiidir. Amma Kremlin sözçüsü Dmitri Peskov bu variantı yaxına buraxmır. Dövlət başçısının mətbuat katibi iddiaları səfehlik nümunəsi adlandırıb. Peskov bu haqda çox danışmayıb. Hiss olunur ki, mətbuat katibi üçün ürəkaçan mövzu deyil.

Putin ilin sonundakı çıxışlarında, adətən, “il asan keçmədi” ifadəsini işlədirdi. Bu dəfə “il çətin keçdi” deyib. Buna baxmayaraq, dövlət başçısı çətinlikləri uğurla geridə qoyduqlarını bildirib. Putin uşaqlı ailələrə, yaşlılara çox kömək etdiklərini dilə gətirib. Prezident ağır şərtlərlə yaşamağa hazır olduqlarını ortaya qoyduqlarını xüsusi qeyd edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »