ABŞ-da doğum edən ananın əkizlərindən biri 2021-ci ildə, digər körpəsi isə 2022-ci ilin ilk dəqiqələrində 15 dəqiqə gecikmə ilə dünyaya gəlib.
Bizimyol.info xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində təəccüblü doğuş baş verib.
Fatima Madriqal və Robert Trujillo əkiz körpələrinə qovuşmaq üçün Yeni il ərəfəsində Montereydəki Natividad Sağlamlıq Mərkəzinə gediblər. Doğuş sancısı başlayan ana Madriqalın əkizlərindən biri Alfredo Antonio Trujillo dekabrın 31-i saat 23:45-də dünyaya gəlib.
Lakin Alfredonun əkiz bacısı Aylin Yolanda Trujillo 00:00-dan sonra dünyaya gələrək qardaşından fərqli olaraq 2022.01.01 təvəllüdü ilə ailəsini təəccübləndirib.
Ana Madriqal körpələri ilə bağlı verdiyi açıqlamada: “Bu mənim üçün çox qəribədir. Onlar əkizdir və ad günləri fərqlidir. Qızımın gecə yarısı dünyaya gəlməsi məni çox təəccübləndirdi və çox sevindirdi.”
O, əkiz körpələrini də digər 3 övladı ilə tanış etmək üçün həyəcanlandığını bildirib.
Tibb mərkəzinin ailə həkimi Ana Abril Arias əkizlərin dünyaya gəlməsini karyerasının “ən yaddaqalan hadisələrdən biri” adlandırıb.
Aylinin 2 kiloqram 14 qram, əkiz qardaşı Alfredonun isə 2 kiloqram 700 qram şəkidə doğulduqları bildirilib. Aylin yeni ildə mərkəzdə doğulan ilk körpə olub.
Belə təsadüflər 2 milyondan birində raslana bilər.
Bizimyol.info