Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidenti Co Bayden yarım saat təyyarədə gözləməli olub
ABŞ prezidenti Co Bayden yarım saat təyyarədə gözləməli olub

ABŞ-da hava şəraiti ilə əlaqədar uçuşlar ləğv edilib, paytaxt Vaşinqtonda təlimlər dayandırılıb.

Bizimyol.info xəbər verir ki, güclü qar yağan zaman Vaşinqtona dönən ABŞ prezidenti Co Bayden də öz kəskin hava şəraitindən öz payını alıb.

ABŞ prezidenti Delaverdəki iqamətgahından Vaşinqtona qayıdarkən əlverişsiz hava şəraiti səbəbindən təxminən yarım saat təyyarədə qalıb. Vaşinqtonda təsirli olan güclü qar səbəbindən təyyarə Endryus Hava Bazasına endikdən sonra mobil nərdivanlar təyyarəyə yaxınlaşa bilməyiblər.

Bu görə prezident Bayden və onu müşayiət edən heyət pilləkənlər təyyarəyə yaxınlaşana qədər təyyarədə gözləməli olublar. Mühafizə xidməti nərdivanların irəliləməsi üçün yolu təmizləmək üçün çox səy göstərdiyi açıqlanıb. Pilləkənlər təyyarəyə yaxınlaşdıqdan sonra Baydenin təyyarədən enərək gündəlik iş qrafikinə davam etdiyi bildirilib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »