Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən il etdiyi silsilə oğurluqların üstü açıldı
Ötən il etdiyi silsilə oğurluqların üstü açıldı

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Xırmandalı kəndi ərazisindəki evlərdən birindən 1665 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Mərhəmət Fərzəliyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, M.Fərzəliyevin ötən il müxtəlif vaxtlarda Masallı rayonunun Ərəb kəndindəki bir evdən 650 manat pul və 3600 manat dəyərində qızıl-zinət əşyaları, Xırmandalı kəndindəki bir evdən isə 960 manat pul oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »