Ermənistanın Vayotsdzor vilayətində hərbi hissələrin birində 18 yaşlı hərbi qulluqçu başından güllə yarası alaraq ölüb.
Bizimyol.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatına verilən məlumata görə, insident dekabrın 31-də baş verib.
Hərbçinin xəstəxanaya aparılarkən yolda öldüyü qeyd edilib.
Faktla bağlı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tadevosyanın əsgər yoldaşı saxlanılıb. Hadisənin təfərrütlarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Bizimyol.info