Rusiyanın Tümen vilayətində "Antipinski" Neft Emalı Zavodunda yanğın olub.
Bizimyol.info xəbər verir ki, yerli sakinlər bildiriblər ki, onlar yanğınsöndürən maşınların sirena səsinə oyadıblar. "Zavodun üstündə nəhəng tüstü buludu görünür".
"Ona iyirmi dəqiqə qalmış maşını servisə aparmışdım, onda zavod artıq yanırdı. Tüstüdən nəfəs almaq mümkün deyildi. Evdə bütün pəncərələri bağlamışıq", - deyə hadisə şahidlərindən biri deyib.
Zavoddan verilən məlumatda bildirilir ki, mazutun dərin emalı zavodunun bölmələrindən birndə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi yanğın barədə məlumatın yerli vaxtla səhər saat 9:42-də daxil olduğunu bildirib. İlkin hesablamalara görə yanğının 100 kvadratmetr sahəni əhatə edir .
"Saat 11:20-də yanğın lokallaşdırılıb, bölmələr işlərini davam etdirir. Söndürmə işlərinə 84 nəfər və 26 texnika cəlb olunub. Ölən və yaralanan yoxdur. Təxliyyə işləri aparılmayıb", - deyə nazirlik əlavə edib.
Bizimyol.info