Abşeron rayonunda gənc ana və azyaşlı övladı dəm qazından zəhərlənib.
Bizimyol.info xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.