Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask tarixin ən çox sərvətə malik adamı olub
İlon Mask tarixin ən çox sərvətə malik adamı olub

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskın sərvəti ikinci dəfə 300 milyard dollar həddini keçib.

Bizimyol.info xəbər verir ki, real vaxt rejimində yenilənən milyarderlərin "Forbes Real-Time" siyahısına əsasən, Maskın gəlirləri bir gündə 32,6 milyard dollar artaraq ümumi sərvəti 304,2 milyard dollar təşkil edib. Beləliklə, o, dünya milyarderləri reytinqində liderliyini qoruyub saxlamaqda davam edir.

2021-ci ilin noyabr ayında "Tesla"nın səhmlərinin qiymətləri tarixi rekorda çatdıqda, Musk tarixdə 300 milyard dollar sərvətə sahib olan ilk şəxs oldu.

Keçən ilin oktyabrında o, 257,6 milyard dollar sərvətlə "Forbes" tarixinin ən varlı adamı oldu. Bundan əvvəl "Amazon"un qurucusu Ceff Bezos tarixin ən böyük sərvətinə malik şəxs hesab olunurdu - onun sərvəti 212 milyard dollar həddinə çatmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »