"Rusiya Federasiyası Avropa və Şimali Atlantika Alyansı üçün real təhlükədir. Moskva sülh şəraitində yaşamaq istəmir".
Bizimyol.info "Rostimees"ə istinadən xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Kalle Laanet deyib.
"Qitəmizin və alyansın təhlükəsizliyi real təhdid altındadır. Avropa İttifaqının şərq qonşusu özü sülh və demokratiya şəraitində yaşamaq istəmir. Başqalarının da normal qonşuluq şəraitində yaşamasına imkan vermək istəmir", - deyə mesajda qeyd edilir.
Nazirin sözlərinə görə, Rusiya Federasiyası bəzi ölkələrə işğal edəcəyi ərazi kimi baxır.
"Onun üçün bəzi ölkələr müstəqil dövlətlər deyil, sadəcə işğal üçün ərazilərdir, burada xalqların öz dilləri, mədəniyyətləri və ayrılmaz hüquqları var. Eləcə də bunun əsasında hər dövlətin öz tərəfdaşları var. Lakin Rusiya bu həqiqətlə barışmaq istəmir", - deyə Laanet bildirib.
O, həmçinin qeyd edib ki, Estoniya artıq "özünü tək müdafiə etməyin" effektiv olmadığını bildirir, ona görə də "güclü müttəfiq"lərə ehtiyac var: "Biz Rusiyaya qarşı birlikdə mübarizə aparmalıyıq".
Bizimyol.info