Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın sonuncu materikində də koronavirusa yoluxma aşkarlanıb
Dünyanın sonuncu materikində də koronavirusa yoluxma aşkarlanıb

Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, koronavirus Antarktidaya da çatıb. Belçikanın "Şahzadə Elizabet" tədqiqat stansiyasının 25 əməkdaşından 16-sı COVID-19-a yoluxub.

“Report" xəbər verir ki, bu barədə "Le Soir" qəzeti məlumat yayıb. Məlumata görə, ilk yoluxma halı dekabrın 14-də qeydə alınıb.

Üstəlik, bütün qütb tədqiqatçıları Antarktidaya gəlməzdən əvvəl tam peyvənd olunub və müvafiq testlərdən keçiblər. Bundan əlavə, onların hamısı Cənubi Afrikada on günlük karantindən keçib. Koronavirus testi müsbət çıxanlar isə evlərinə göndərilib.

Qütb fondu layihəsinin rəhbəri Josef Heek qeyd edib ki, vəziyyət dramatik deyil. Xəstəlik yüngül keçir.

“Təbii ki, yoluxmuş işçilərin bəziləri karantinə alınmalı idi. Lakin bu, stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib”, - Heek əlavə edib.

Virusun aşkarlandığı qütb tədqiqatçılarına yanvarın 12-də evə qayıtmaq tövsiyə olunub. Lakin onlar qitədə qalmaq və araşdırmalarını davam etdirmək istədiklərini bildiriblər.

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »