Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nüvə beşliyi" birgə bəyanat imzalayıb
"Nüvə beşliyi" birgə bəyanat imzalayıb

Çin, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları və Fransa nüvə silahına malik dövlətlər arasında müharibənin qarşısının alınmasını və strateji risklərin azaldılmasını özlərinin əsas vəzifəsi hesab edirlər.

APA-nın verdiyi məlumata görə, bu barədə nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin qarşısının alınması və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanatında bildirilib.

"Biz bəyan edirik ki, nüvə müharibəsində qaliblər ola bilməz. Nüvə silahından istifadənin genişmiqyaslı nəticələri olacağına görə, biz də bir daha təsdiq edirik ki, nüvə silahları müdafiə məqsədlərinə xidmət etməli, təcavüzün və müharibənin qarşısını almalıdır. Hesab edirik ki, bu cür silahların daha da yayılmasının qarşısı alınmalıdır", deyə birgə bəyanatda qeyd olunub.

Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik 5 ölkənin - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın qeyri-formal birliyidir.

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
Son xəbərlər