İl çətin olacaq, amma çətinliklərə təslim olmayın, unutmayın ki, Pələng dözülməz tapşırıqlar vermir. Əvvəlcə Pələng ili daha təhlükəli görünəcək, lakin daha yaxından araşdırıldıqda, istisnasız olaraq bütün əlamətlər bu ilin problemlərinin asanlıqla həll oluna biləcəyini göstərəcək - sadəcə, qətiyyət və ixtiraçılıq nümayiş etdirməlisiniz. Hətta bəzi bahalı hədiyyələr haqqında xəyallar da reallığa çevrilə bilər.
Bizimyol.info bütün bürclər üçün qarşıdakı ilin uğur qoroskopunu təqdim edir:
Qoç (21 mart - 20 aprel) – “Yatan daşın altından su axmaz” - Pələng ilində siz bunu xatırlamalısınız. Bəxt ən cəsurlara gülümsəyəcək. Və sonra qarşınızda cazibədar perspektivlər açılacaq. Arzu etdiyiniz yay tətili üçün cənubda eyni yay kottecini almaq reallığa çevrilə bilər. Qısası, lotereyada uda bilməyəcəksiniz, amma səy göstərsəniz, bəxtinizin üzünü güldürə bilərsiniz.
Buğa (21 aprel - 21 may) - Buğa güclü yaradıcı ilhamın oyanışını gözləyir. Həyatınızı yaxşılığa doğru dəyişmək üçün gücünüz və lazımi vasitələriniz olacaq. Bununla belə, hələ bahalı alış-veriş etməmək, investisiyaların köməyi ilə işə pul yatırımları göndərmək daha yaxşıdır. Soyuqqanlı davranış sərgiləyin.
Əkizlər (22 may - 21 iyun) - İlin əvvəli sizə işdə yaxşı perspektivlər bəxş edəcək. Liderlik kursuna sadiq qalsanız, hətta 2023-cü ilə qədər arzuladığınız bahalı avtomobili ala bilərsiniz. Amma unutmayın: “Halva-halva deməklə ağız şirin olmaz”. Xəyalları qurmaqla yanaşı, onların uğrunda mübarizə də aparmaq lazımdır.
Xərçəng (22 iyun - 23 iyul) - Taleyin əsl dönüş nöqtəsi uzaqda deyil, lakin hələlik sizin vəzifəniz bütün şanslardan istifadə etmək və daha sonra dünyanın zirvəsinə qalxacağınız tramplini qurmaqdır. Və o zaman istədiyinizi alacaqsınız. Perspektivləri düzgün qiymətləndirsəniz, bütün sahələrdə uğur başınızın üstündən əskik olmayacaq.
Şir (24 iyul - 23 avqust) - Keçən il sizin üçün müəyyən imkanlar açılmağa başlamışdı. Bu il həmin imkanları reallaşdırmağa başlamağın vaxtıdır. Artıq ertələyə bilməzsiniz. Pələng peşəkar səylərinizi dəstəkləyəcək, lazımi insanları tapmağa kömək edəcək. Və bundan sonra bank hesabınız da şişməyə başlayacaq.
Qız (24 avqust - 23 sentyabr) – Əgər daxilinizdə qaynayan “Mən” hissini arxa plana keçirə bilsəniz, o zaman həyatın bütün vacib sahələrini yaxşılaşdıra biləcəksiniz. Eqoizm insanları sizdən uzaqlaşdırır. İnsanlara qulaq asmağı da bacarmalısınız. Sonra seçdiyiniz istiqamətdə inamla davam edin – qızıl yatağı tapmasanız da, ilin yekunundan narazı qalmayacaqsınız.
Tərəzi (24 sentyabr - 23 oktyabr) - Bu il siz inanılmaz yüngüllük və azadlıq, enerji və yaradıcı ilham partlayışı hiss edəcəksiniz. İntuisiyanız kəskinləşəcək, bu da maliyyə vəsaitlərinizi düzgün istiqamətləndirməyə kömək edəcək. Xəyallarınız aparan yolda pul problemi maneə olaraq qarşınıza çıxmayacaq.
Əqrəb (24 oktyabr - 22 noyabr) - Pəncərədən gözəl mənzərəsi olan o mənzili almaq üçün çox çalışmalı olacaqsınız, amma cəhd etməyə dəyər. Qohumların müdrik məsləhətlərini rədd etməyin, indi onlar yalnız sizə fayda verəcəklər. İstək güclü olanda, bəzən ağılsız hərəkətlər edirsiniz. O üzdən də yaxınlarınızın iradlarını diqqətlə izləyin.
Oxatan (23 noyabr - 21 dekabr) - Pələng ilində işdə böyük uğurlar qazana bilərsiniz. İndi həyat prioritetlərinizi təyin etməli, gələcəyi necə görmək istədiyinizi başa düşməlisiniz. İstedadlarınızı inkişaf etdirin və bununla da dayanmayın. Uğur yağışı gözlənilmədən yağacaq...
Oğlaq (22 dekabr - 20 yanvar) - Ulduzlardan sizə məsləhət: Tanışlıq dairənizi genişləndirin, çünki bu il onlar ən yaxşı tərəflərini göstərəcəklər. Və sonra aktiv və məqsədyönlü olsanız, səxavətli hədiyyələr alacaqsınız. Bəli, yeni xarici avtomobilin də dəyərini ödəyə bilərsiniz.
Dolça (21 yanvar - 19 fevral) - Siz miras və daşınmaz əmlak məsələləri ilə məşğul olmalısınız. Ancaq riskə getməyin və çətin vəziyyətləri çözmək üçün mütəxəssislərdən kömək istəyin. Bundan sonra yeni mənzil məsələsi sizin üçün çox uğurla həll olunacaq.
Balıq (20 fevral - 20 mart) - Bu ilin sizin üçün parlaq və dinamik olacağı vəd edilir. Ambisiyalarınız təmin ediləcək və bütün arzularınız yerinə yetiriləcək. Baxmayaraq ki, bütün gücünüzlə qələbə üçün mübarizə aparmalı olacaqsınız. İlin sonunda mükafat olaraq ideal məkanda mükəmməl bir tətil keçirəcəksiniz.