Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran hakerləri İsrail mətbuatına kiberhücum təşkil ediblər
İran hakerləri İsrail mətbuatına kiberhücum təşkil ediblər

İsrailin “Jerusalem Post” qəzetinin internet saytı iranlı general Qassem Soleimaninin ölümünün ildönümündə haker hücumuna məruz qalıb.

Bizimyol.info xəbər verir ki, qəzetin verdiyi açıqlamada saytın iranpərəst hakerlər tərəfindən hədəf alındığı qeyd edilib.

Bildirilib ki, hakerlər tərəfindən saytın əsas səhifəsində paylaşılan görüntüdə “Biz sizə düşündüyünüzdən də yaxınıq”, - deyə qeyd edilib.

Görüntüdə isə Qasım Süleymaninin əlindən raketin düşməsi kollajı təsvir olunub.

ABŞ 2020-ci il yanvarın 3-də Bağdad hava limanında Qüds Qüvvələrinin komandanı Süleymani və Haşd əl-Şaabi vitse-prezidenti Əbu Mehdi əl-Mühəndisin maşın karvanına hava zərbəsi endirib.

Hücumda həm komandirlər, həm də İraq və İran hərbi rəsmiləri də daxil olmaqla ümumilikdə 10 nəfər həlak olub. ABŞ-ın o zamankı prezidenti Donald Tramp Süleymaninin ABŞ üçün təhdid olduğunu əsas gətirərək öldürülməsinə göstəriş verdiyini açıqlamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »