Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ÜDM-in 0.4%-i uşaqların sosial müdafiəsinə xərclənir
Azərbaycanda ÜDM-in 0.4%-i uşaqların sosial müdafiəsinə xərclənir

"Azərbaycanda uşaqpulu məsələsi uzun müddətdir müzakirə mövzusu olduğunu nəzərə alaraq bir vacib məqamı yazmağa ehtuyac duyuram".

Bizimyol.info xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

Ekspert qeyd edib ki, Azərbaycan hökuməti hər il uşaqların sosial müdafiəsinə dair ayrıca hesabat açıqlamalıdır: "Həmin hesabatda uşaqların sosial müdafiəsilə bağlı həyata keçirilən bütün tədbir, təşəbbüs və proqramlar, onlara sərf edilən maliyyə vəsaitləri barədə detallı məlumatlar yer almalıdır. Hər bir bölgə üzrə xərclənən vəsaitlər, onların əhatə etdiyi uşaqların sayı barədə informasiyalar olmalıdır. Eləcə də həm ölkə, həm də bölgələr üzrə uşaq yoxsulluğu ölçülməli və hesabat daxil edilməlidir.

Rövşən Ağayev Rövşən Ağayev

Əlimdə olan mənbələr üzrə Azərbaycanda hökumətin uşaqların sosial müdafiəsilə bağlı xərcləmələrini araşdırmağa çalışdım:

1) Ünvanlı sosial yardımların 54%-ə qədəri uşaqlara çatır - təxminən 135 mln. manat

2) 18 yaşadək əlilliyi olan uşaqlara aylıq müavinətlər - 123 mln. manat

3) Ailə başçısıı itirməyə görə ödənən aylıq müavinətlər - 45 mln. manat

4) Uşağın anadan olmasına görə müavinətlər - 16 mln. manat

5) Bəzi qruplardan olan ailələrdə (məsələn, hərbi qulluqçuların, şəhidlərin övladları) uşaqlarına müavinətlər - 12 mln. manat

5) 5-dən çox uşağa görə ailələrə müavinətlər - 6 mln. manat.

Bunun cəmisi edir 337 mln. manat.

Rəqəm azdır ya çox? Bunun üçün bircə müqayisə təqdim edəcəm: Avropa ölkələrində uşaqların sosial müdafiəsi ilə bağlı xərclərin ÜDM-də payı orta hesabla 2.5% ətrafındadır. Ayrı-ayrı ölkələrdə daha yüksəkdir. Məsələn, Fransada 4%-ə yaxın.

Azərbaycanda 0.4%-dir.

Bu o deməkdir ki, hər 1000 avro milli gəlirin Avropada hər 20-25 (Fransada 40) avrosu, Azərbaycanda isə hər 1000 manat milli gəlirin cəmi 4 manatı bilavasitə uşaqların sosial müdafiəsinə xərclənir".

R.Ağayev deyib ki, müzakirələrdə dostlardan biri təklif etdi ki, təkcə dövlət büdcəsindən deyil, Dövlət Sosial Müdafiə Fondundan hamiləlik və doğuma, habelə uşağın 3 yaşı olana qədər analara verilən müavinətlər də nəzərə alınmalıdır: "Bu vəsaitlər bilavasitə sığorta əsaslı vəsaitlərdir, yəni rəsmi işləyən və sığorta olunan işçilərin almaq hüququnda olduğu vəsaitlərdir. Amma həmin məbləği (təxminən 60 mln. manat) nəzərə aldıqda belə, Azərbaycanın yuxarıda qeyd edilən 0.4% göstəricisi 0.5%-ə yüksəlir. Və orta Avropa göstəricisilə müqayisədə yenə də əhəmiyyətli dərəcədə aşağıdır".

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »