Göygöl polisi Gəncə şəhər sakinindən odlu silah aşkarlanaraq götürüb.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovdan “Naqan” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.