Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3000 litr spirt su kanalına axıdılıb - Video
3000 litr spirt su kanalına axıdılıb - Video

Əfqanıstanda hüquq-mühafizə xidmətləri paytaxt Kabildə 3000 litrdən çox spirti su kanalına töküblər.

Bizimyol.info xəbər verir ki, "Guardian"ın verdiyi məlumata görə, "Taliban"ın nəzarəti ələ keçirdiyi Əfqanıstanda spirtli içkilərin istehlakı və satışı qadağan edilib. Mövcud hakimiyyətin bununla bağlı daha sərt qərarlar verəcəyi də gözlənilir.

Əfqanıstan kəşfiyyat bölməsinin paylaşdığı videoda danışan bir şəxs "Müsəlmanlar spirtli içkilərin istehsalı və istehlakından çəkinməlidirlər", - deyib.

İçkilərin nə vaxt ələ keçirildiyi barədə məlumat verilməyib. Xəbərdə o da bildirilib ki, reydlər zamanı 3 nəfər həbs edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »