Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir etirazlar fonunda istefa verib
Baş nazir etirazlar fonunda istefa verib

Sudanın baş naziri Abdullah Hamduk istefa verdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

“Mən məsuliyyəti öz üzərimə götürərək və baş nazir vəzifəsindən istefa verdiyimi elan edirəm. Həmçinin bu nəcib ölkəni başqa insanların sivil, demokratik yolla inkişaf etdirməsi şansı vermək qərarına gəldim”, - deyə Hamduk bildirib.

Baş nazirin istefası Xartumda yeni nümayişlər zamanı üç etirazçının öldürülməsindən bir neçə saat sonra baş verib. Oktyabr ayından bəri Sudanda etirazlar zamanı 50-dən çox insan həlak olub.

Qeyd edək ki, Hamduk 2019-cu ilin avqustundan baş nazir vəzifəsini icra edir. Lakin 2021-ci ilin oktyabr-noyabr aylarında ölkədə dövlət çevrilişi baş verəndə o, hakimiyyətdən uzaqlaşdırılıb. Hamduk vəzifəsinə yalnız noyabrın 21-də, hakimiyyəti devirmiş Sudan ordusu ilə siyasi bəyannamə razılaşmasından sonra bərpa qayıtmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »