ABŞ-ın müdafiə naziri Lloyd Ostinə koronavirus diaqnozu qoyulub.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" Pentaqonun saytına istinadən məlumat verib.
“Bu səhər mənə koronavirus testimin müsbət çıxdığınıbildirdilər. Yeni il tətili zamanı evdə olarkən simptomlar hiss etdim, test istədim və nəticənin, müsbət olduğu məlum oldu", - deyə Ostin bildirib.
Nazirin sözlərinə görə, onun "yüngül simptomları" var. Hazırda həkimin tövsiyələrinə əməl edir və növbəti beş gün ərzində evdə karantində qalmağı planlaşdırır.
Ostin müdafiə nazirinin “bütün səlahiyyətlərini özündə saxladığını” və “onlayn” formatda ən mühüm görüş və tədbirlərdə iştirak edəcəyini açıqlayıb. Müdafiə nazirinin birinci müavini Ketlin Hiks bütün digər hallarda onu təmsil edəcəyini də qeyd edib.
Nazir artıq xəstəliyi barədə Pentaqonun digər rəhbərlərinə, eləcə də koronavirusun ilk simptomlarının görünməsindən bir həftə əvvəl sonuncu dəfə dekabrın 21-də gördüyü ABŞ prezidenti Co Baydenə məlumat verib.
Ostin qeyd edib ki, o, əvvəllər koronavirusa qarşı peyvənd olunub, üçüncü dozanı ötən ilin oktyabrında alıb.
Bizimyol.info