Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jirinovski Ukraynanı Yeni il gecəsi bombalamağı təklif edib
Jirinovski Ukraynanı Yeni il gecəsi bombalamağı təklif edib

"Ukraynanın bombalanması fevralda həyata keçirilə bilər, çünki bu, Kiyevi sülhə məcbur etməyə başlamaq üçün yaxşı an olacaq".

Bizimyol.info xəbər verir ki, bu açıqlama ilə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

Parlament üzvü xatırladıb ki, o, yeni il ərəfəsində Kiyevə zərbə endirməyi təklif edib.

“Kiyevdə və lazım gələrsə, qərb şəhərlərini də bombalamaq olar. Amma bu edilmədi, dinc yanaşı yaşamaq xətti seçildi. Niyə belə bir qərarın verildiyini başa düşürəm. Sadəcə dekabrın 31-dən yanvarın 1-nə keçən gecəyə bunu etmək lazım idi. Saat 4-5 arası hər kəsin sərxoş oluğu vaxt Ukraynaya girmək, digərlərini də cəzalandırmaq olardı. Heç onların hamısını bombalamağa ehtiyac da yoxdur. Seçib bəzilərini cəzalandırmaq, bəzilərini qorxutmaq lazım idi”, - deyə Jirinovski bildirib.

Jirinovskinin deyib ki, Rusiya hakimiyyəti heyf ki, bunu etməyib: “Mən Rusiya prezidenti olsaydım, mütləq o gecə bunu edərdim. Amma fevralda şansı əldən buraxmamaq lazımdır”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »