Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Zelenski ilə telefonla danışıb
Bayden və Zelenski ilə telefonla danışıb

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə bazar günü telefon danışığında təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya ilə gözlənilən təmasları müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti söhbətdən sonra məlumat verib.

“Liderlər diplomatik səyləri dəstəklədiklərini bildiriblər. Bayden gələn həftə - yanvarın 10-da Cenevrədə strateji sabitliyə dair NATO-da başlayacaq ABŞ-Rusiya dialoqunun ATƏT-də davam edəcəyini bildirib. Prezident ABŞ, onun müttəfiqləri və tərəfdaşlarının “iştirakınız olmadan sizin haqqınızda heç nə” prinsipinə sadiqliyini vurğuladı”, – deyə Ağ Ev bildirib.

Vaşinqton administrasiyasının rəhbəri həmçinin Zelenskiyə ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini deyib: “Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ, onun müttəfiqləri və tərəfdaşlarının qətiyyətlə cavab verəcəyini açıqlayıb".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »