Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan Rusiyadan 5,43 milyard dollara "S-400" kompleksləri alır
Hindistan Rusiyadan 5,43 milyard dollara "S-400" kompleksləri alır

"S-400" “Triumf” raket komplekslərinin ilk qrupunun Hindistanın Pəncab əyalətindəki aviabazada yerləşdirilməsi fevralda başa çatacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə “Republic World” hərbi rəsmilərə istinadən məlumat verib.

Nəşrə məlumat verən mənbə qeyd edib ki, Hindistan Hərbi Hava Qüvvələri raket sisteminin yerləşdirilməsi prosesinə başlayıb və onu başa çatdırmaq üçün ən azı daha altı həftə vaxt lazımdır.

“Raket sistemlərinin müxtəlif kritik komponentlərinin, eləcə də onların periferik avadanlığının yerləşdirilmə yerinə daşınması davam edir”, - deyə rəsmi bildirib.

Daha əvvəl PTI agentliyi hərbçilərin nümayəndələrinə istinadən xəbər vermişdi ki, S-400 sistemləri Hindistanda Çin və Pakistanla sərhədin hissələrini əhatə edəcək şəkildə yerləşdirilir.

Rusiya və Hindistan S-400-lərin tədarükünə dair müqaviləni 2018-ci ilin oktyabrında imzalayıb. Daha əvvəl məlum olduğu kimi, beş qrup sistem dəsti Dehliyə 5,43 milyard dollara başa gələcək. Hindistan Çin və Türkiyədən sonra bu komplekslərin üçüncü xarici alıcısı oldu.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »